Xalis Güləhmədov
Xalis Oruc oğlu Güləhmədov — (02 may 1917, Gürcüstan, Ahalkələk rayonu, Koqiya kəndi – 08 mart 2002-ci il Gəncə şəhəri) — Kənd təsərrüfatı elmləri doktoru (1965), professor (1966).
Xalis Güləhmədov 02 may 1917-ci ildə Borçalı mahalına qonşu Ahalkələk (Ağcaqala) rayonunun Koqiya kəndində anadan olub. Uşaq ikən yetim qaldığından orta təhsilini Gəncə şəhərinin uşaq evində alıb.
Xalis Güləhmədov 1936–1939-cu illərdə Azərbaycan kənd təsərrüfatı institutun tələbəsi, 1939-cu ildə "Aztexbarit" zavodunda laborant işləyib. Həmin il orduya səfərbər olub və 1947-ci il daxil olmaqla orduda xidmət edib. Müharibə zamanı siravi əskərdən kapitan rütbəsinə qədər yüksəlmişdir, Berlin şəhərinin döyüşlərində iştirak etmiş, 2 "Vətən müharibəsi" ordenləri və 7 medallarla təltif edilmişdir. Böyük Vətən müharibəsi veteranıdır. Müharibə qurtarandan sonra ali təhsilini başa çatdırmiş, Elmi-tədqiqat pambıqçılıq institutunda aspiranturanı uğurla bitirmiş, həmin institutda uzun müddət işləmiş və 1962–1969-cu illərdə onun direktoru olmuşdur. 1969–2002-ci illərdə Azərbaycan Kənd təsərrüfatı Akademiyasında texniki bitkilər və seleksiya kafedrasının müdiri vəsifəsində işləyib. Kənd təsərrüfatının inkişaf sahəsində böyük işlər görmüş, ziyalılar sırasında Xalis Oruc oğlu Güləhmədovun adı xüsusi olaraq vurğulanır.